İsrail qüvvələri daha bir fələstinli gənci güllələyərək öldürüb

İsrail qüvvələri daha bir fələstinli gənci güllələyərək öldürüb

İsrail qüvvələrinin bu gün səhər saatlarında Cenin şəhərinə təşkil etdiyi basqın zamanı işğalçı əsgərlərlə fələstinlilər arasında çıxan qarşıdurmada yaralanan gəncin həyatını itirdiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi işğalçı qüvvələrin Cenin bölgəsində açdığı atəş nəticəsində mədəsindən ağır yaralanan fələstinli gəncin həyatını itirdiyini açıqlayıb.

İşğal qüvvələri bu gün səhər saatlarında Ceninin Əl-Hədəf bölgəsinə basqın edərkən, İslami Müqavimət Hərəkatı HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadaları və İslami Cihad Hərəkatının hərbi qanadı Qüds dəstələrinin işğalçı qüvvələrlə toqquşduğunu, işğalçı qüvvələrə atəş açdığını və əl istehsalı bombalar atdığını bildirib.

Yerli mənbələr işğalçı qüvvələrin onlarla hərbi maşınla Cenin şəhərinə daxil olduğunu, İsrail ordusuna aid pilotsuz təyyarələrin də havadan müşahidə apardığını, İsrail qüvvələrinin Əl-Tərget rayonunda bir evi mühasirəyə aldığını və yaralı gənc keçmiş məhbusu saxladığını bildirib. 

Xəbəri paylaş

VİDEOLAR