Ötən gün axşam saatlarında İsrail qüvvələri İordan çayının Qərb sahilində növbəti qanlı cinayəti törədiblər.
Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, belə ki, Beyt-Lahemin qərb girişindəki əl-Ənfaq blokpostu yaxınlığında fələstinlilərlə İsrail qüvvələri və yəhudi mühacirlər arasında toqquşma baş verib.
İsrail qüvvələri fələstinlilərə atəş açıblar.
Döyüş güllələrindən biri 16 yaşlı Əmjəd Usamə Əbu Sultanın ürəyinə dəyib və o, yerindəcə həyatını itirib.
Həmçinin daha bir fələstinli də xəsarət alıb.