İrail rejimi qüvvələrinin İordan çayının Qərb sahilində fələstinlilərə qarşı amansız hücumları davam edir.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, Nablusdan şərqdə yerləşən Deyr əl-Xətab yaşayış məntəqəsinə basqın zamanı İsrail qüvvələri dinc fələstinlilərə atəş açıblar və gözyaşardıcı qazdan istifadə ediblər. Nəticədə 13 yaşlı Məhəmməd Dəadas həyatını itirib.
Bundan başqa, bir qrup yəhudi mühacir əl-Xəlildən şimalda yerləşən Suriya qəsəbəsi yaxınlığındakı fələstinlilərə məxsus kənd təsərrüfatı ərazilərinə soxulublar.
Həmçinin, Kafr-Qəddum qəsəbəsində də həmin yəhudi mühacirlər fələstinlilərə aid zeytunları oğurlayıblar.