İsrail Qüdsdəki müsəlman məzarlığını dağıtmağa davam edir

İsrail Qüdsdəki müsəlman məzarlığını dağıtmağa davam edir

İsrail rejimi Qüdsün Qədim şəhər hissəsindəki çoxəsrlik müsəlman məzarlığını dağıtmağa davam edir.

Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, İsrail qüvvələrinin müşayiəti altında məzarlığın şimal hissəsi sürətlə məhv edilməkdədir.

İsrail rejimi müsəlman qəbilərinin üzərində park inşa etmək istəyir.

Fələstinlilərə məzarlığa daxil olmağa və baş verənləri qeydə almağa imkan verilmir.

Bu vandalizmin fonunda isə fələstinlilər etiraz aksiyaları keçirirlər. İsrail qüvvələri onlara qarşı gözyaşardıcı qazlardan, səs-işıq qumbaralarından, fiziki gücdən, həbslər və fərqli-fərqli məhdudiyyətlərdən istifadə edir.

Xəbəri paylaş

VİDEOLAR