Sionist rejim sionist qəsəbələri genişləndirməklə qəsb olunmuş Qüdsün şərqində yerləşən Qələndiya bölgəsində on min yaşayış evi tikməkdədir.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Ərəb Araşdırmalar Cəmiyyətində xəritə bölməsinin müdiri Xəlil əl-Tufəkçi bildirib ki, İsrail rejimi əksər bölmələri Qüds hava limanının ərazisində və ya Qələndiya hava limanı deyilən məkanda yerləşən bir ərazidə tamamilə yeni yəhudi qəsəbə salmaq niyyətindədir.
Əl-Tufəkçi vurğulayıb ki, hava limanı və onun ətrafı bir milyon səksən min kv/m-lik ərazidə yerləşir və yeni qəsəbə layihəsi 810 min kvadrat/metrlik bir ərazidə həyata keçiriləcək.
«Sülh indi» adlı İsrail təşkilatı bildirib ki, bu ərazinin böyük hissəsi dövlət ərazisi kimi nəzərdə tutulub və bu, İsrail rejiminə yeni qəsəbəni, torpağı onun fələstinli sahiblərindən müsadirə etmədən salmaq icazəsi verir.