İsrail qətliamının 300-cü günü: Yenə mülki vətəndaşları hədəfə aldılar

İsrail qətliamının 300-cü günü: Yenə mülki vətəndaşları hədəfə aldılar

Sionist İsrail döyüş təyyarələrinin Qəzza zolağının Cibaliya və Zeytun məhəllələrinə endirdiyi hava zərbələri nəticəsində aralarında uşaqların da olduğu azı 21 fələstinli şəhid olub, onlarla fələstinli yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, sionist İsrail döyüş təyyarələri Qəzza şəhərinin Zeytun məhəlləsindəki yanacaqdoldurma məntəqəsinə hava hücumu həyata keçirib.

Hücumda aralarında uşaqların da olduğu 10 nəfər şəhid olub, 20 nəfər yaralanıb.

Digər tərəfdən köçkün fələstinlilər Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsindəki yerləşdirmə mərkəzindən çıxarkən işğalçı İsrail döyüş təyyarələrinin həyata keçirdiyi bombardman nəticəsində 4 nəfər şəhid olub.

Sionist İsrail döyüş təyyarələrinin Nusayrat Qaçqınlar Düşərgəsinə növbəti hava hücumunda 7 nəfər şəhid olub, çoxlu sayda insan yaralanıb.

İşğalçı İsrail döyüş təyyarələri Rəfah şəhərinin cənub və mərkəzi hissələrini vurarkən, İsrail hücum katerlərinin açdığı atəş nəticəsində Rəfah şəhəri sahillərindəki balıqçı qayıqlarına ciddi ziyan dəyib. İsrail artilleriyası Qəzza zolağının şimalında Cibaliya əl-Baled kimi tanınan ərazilərə də intensiv hücuma keçib.

Digər tərəfdən, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, çərşənbə axşamından bəri İsrailin Cenin şəhəri və buradakı qaçqın düşərgəsinə təşkil etdiyi hücumlarda 4-ü uşaq olmaqla 11 nəfər şəhid olub, 25 nəfər yaralanıb.

Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti öz səhifəsində məlumat yayıb

İşğalçı İsrail ordusu çərşənbə axşamından bəri fələstinlilərin evlərini mühasirəyə alaraq, işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhəri və oradakı qaçqın düşərgəsinin müxtəlif məhəllələrində basqınlar həyata keçirir.

Əlavə qüvvələr göndərərək şəhərdəki hərbi varlığını gücləndirən İsrail ordusu onu müşayiət edən hərbi buldozerlərlə infrastrukturu məhv edir.

Xəbəri paylaş

VİDEOLAR