İsrail qorxuda: Qants İranla nüvə sazişini müzakirə etmək üçün ABŞ-a gedir

İsrail qorxuda: Qants İranla nüvə sazişini müzakirə etmək üçün ABŞ-a gedir

İsrailin müdafiə naziri Beni Qants sabah ABŞ-a gedir.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Beni Qants sabah ABŞ-a iki günlük rəsmi səfərə yollanır.

Səfərdən məqsəd Vaşinqtonun və digər böyük dövlətlərin İranla nüvə sazişini bərpa etmələri ilə bağlı danışıqlar aparmaq və imkan daxilində bu sazişə İsrailin tələblərini də daxil etməkdir.

“Yediot Aharonot” qəzeti bildirib ki, Qantsın Florida ştatındakı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qərargahına səfəri və burada bazanın komandiri general Maykl Korella ilə görüşməsi planlaşdırılır.

Səfər çərçivəsində Qants daha sonra Vaşinqtonda ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə görüşəcək.

Eyni mənbəyə görə, ABŞ-a səfərinin sonunda Qants Yaponiyaya rəsmi səfərə gedəcək.

Avropa mənbələri bildirirlər ki, İran və ABŞ 2015-ci ilin nüvə sazişini bərpa etmək üçün hər zamandan daha çox yaxınlaşıblar.

Xəbəri paylaş

VİDEOLAR