HƏMAS hücumla bağlı açıqlama verməyib
Rasthaber Azərbaycan Palinfo-ya istinadən xəbər verir ki, İsrail qırıcıları HƏMAS-ın hərbi qolu olan İzzəddin Əl Qəssam briqadasına aid Beyt Lahyada bir mövqeni bombalayıb.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən məlumata görə, hücum zamanı ölən və yaralanan olmayıb.
İsrail tərəfi isə İsrail Ordusunun Qəzzada bəzi nöqtələri hədəf aldığını açıqlayıb.