Bu barədə Suriyadakı Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbər müavini kontr-admiral Vadim Kulit bildirib.
Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, ötən gün İsrail rejimi qırıcıları Dəməşq hava limanına rayonuna 8 qanadlı raketlə zərbə endirib.
“16 dekabr 01:51-dən 01:59-dək İsrail HHQ-ın 4 F-16 taktiki qırıcısı Qolan yüksəklikləri üzərinəki hava məkanından 8 qanadlı raketlə Dəməşq şəhərindəki beynəlxalq hava limanı rayonundakı obyektlərə zərbələr endirib”, - deyə qeyd edilib.
Kulit qeyd edib ki, Suriya HHM-ları “Pansir-S” kompleksləri vasitəsi ilə 8 raketin 7-sini məhv edib.
Hücum nəticəsində maddi zərər dəyib, 1 nəfər həlak olub.