İsrail qanunsuz qəsəbələri genişləndirir

İsrail qanunsuz qəsəbələri genişləndirir

İsrail rejimi işğal olunmuş Qüdsdə yəhudilər üçün 100-dən artıq mənzilin inşasına dair bir layihə təsdiq etmək niyyətindədir.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki,  İsrail rejimi işğal olunmuş ərazilərdə qəsəbələri genişləndirmək üçün bir layihəni təsdiqləməyə çalışır və işğal olunmuş Qüdsün cənubunda yəhudi qəsəbə sakinləri üçün yeni mənzillər inşa edəcəkdir. 

Bundan əvvəl Bennet hökuməti yəhudi qəsəbə sakinlərinə hər üç aydan bir qəsəbələrin inşası üçün yeni lisenziyalarin veriləcəyini vəd edib.

Lisenziyalar İordan çayının qərb sahilində və işğal olunmuş Qüdsdə sionist sakinli qəsəbələrin inşası üçün veriləcək.

Sionist rejimin daxili işlər naziri Ayelet Şaked Nazirlər Kabinetinin üzvlərinin sözü gedən lisenziyaların verilməsi ilə razılaşdıqlarını bildirib. 

Məlumata əsasən, 2021-ci il iyunun 24-də Neftali Bennetin hakimiyyətə gəlməsindən sonra işğal olunmuş ərazilərdə yəhudi sakinli qəsəbələr daha da genişlənibdir.

Xəbəri paylaş

VİDEOLAR