İsrail polisi işğal altındakı Şәrqi Qüdsün köhnә şәhәr bölgәsindә fәlәstinli gәnclәrә hücum edib
Fәlәstinli gәnclәr axşam radәlәrindә Әqsa mәscidinin dә yerlәşdiyi köhnә şәhәr bölgәsindә toplanmağa başlayıb.
Rasthaber xəbər verir ki, İsrail polisinin bölgәdә toplanan fәlәstinli gәnclәrә sәrt müdaxilә etdiyi bildirilib.
Şәrqi Qüdsün Şeyx Cәrrah mәhәllәsindә dә İsrailin evlәrindәn tәxliyә etmәk istәdiyi fәlәstinlilәr iftardan sonra mәhәllәdә etiraz aksiyası keçirib.
İsrail polisinin burada toplanan fәlәstinlilәrә dә müdaxilә etdiyi vurğulanıb.
Şahidlәrin mәlumatına görә, müdaxilә nәticәsindә bir jurnalist yaralanıb, çox sayda fәlәstinli saxlanılıb.
İsrail qüvvәlәri Qüds vә Әqsa mәscidindә yaşanan olaylara etiraz etmәk üçün Qәzza zolağında toplananlara da müdaxilә edib. Bölgәdә yaşanan olaylar nәticәsindә çox sayda adam gözyaşardıcı qazdan zәhәrlәnib.