İsrail polisi yenə hücum etdi: 105 fələstinli yaralandı

İsrail polisi yenə hücum etdi: 105 fələstinli yaralandı

Fələstin Qızıl Aypara Cəmiyyətinin açıqlamasında qeyd edilir

Fələstin Qızıl Aypara Cəmiyyətinin açıqlamasında qeyd edilib ki, dünən Şərqi Qüdsün İçərişəhərinin ətrafında İsrail polisinin Fələstinlilərə müdaxiləsi nəticəsində 105 fələstinli yaralanıb.

Rastahaber trthaber-ə istinadən xəbər verir ki, yaralıların 12-si xəstəxanaya yerləşdirilib.

İsrail polisinin Şam darvazası başda olmaqla İçərişəhər ətrafında Fələstinlilərə qarşı müdaxiləsinin davam etdiyinə diqqət çəkilən açıqlmada İrqçi Yəhudilərin İçərişəhər ərazisinə daxil olmalarına icazə verilmədiyi bildirilib.

Fələstin rəhbərliyi isə beynəlxalq ictimaiyyəti işğal altındakı Şərqi Qüdsdəki Fələstinliləri fanatik Yəhudilərə qarşı qorumağa çağırıb.

Qeyd edək  İsrailin Ramazan ayının ilk günündən bəri   həyata  keçirdiyi bölgədə tədbirlər davam edir.  Bu   səbəbdən gərginlik hər keçən gün artır.

Xəbəri paylaş

VİDEOLAR