İsrail polisi: Seçkilərə silahla gəlin

İsrail polisi: Seçkilərə silahla gəlin

Knesset seçkilərində şəhadət əməliyyatları ehtimalından son dərəcə qorxan İsrail polisi israilli köçkünlərdən yanlarında silah gəzdirmələrini istəyib.

Az.rasthaber.com xəbər verir ki, müvəqqəti sionist rejimin məsul şəxsləri bu rejimin parlament seçkilərinin keçirilməsində, təhlükəsizliyinin necə təmin olunmasından çox narahatdırlar.

İbrani kanalı "Kan" bazar günü axşam saatlarında xəbər verib ki, sionist polis israilli köçkünlərə gələn çərşənbə axşamı keçiriləcək Knesset (Parlament) seçkiləri zamanı yanlarında silah gəzdirməyi tövsiyə edib.

Bu media qeyd edir ki, sionist rejimin təhlükəsizlik xidmətləri Fələstin müqavimət qüvvələrinin xəbərdarlıqlarından sonra, seçki günü sui-qəsd əməliyyatının ola biləcəyindən son dərəcə qorxurlar.

Xəbəri paylaş

VİDEOLAR