İsrail polisi işğal olunmuş Şərqi Qüdsdə rezin güllə ilə yaraladığı bir fələstinlini saxlayıb.
Rasthaber Azərbaycan xəbər verir ki, İsrail polisi Şərqi Qüdsün Tur bölgəsində hücum zamanı fələstinli Bessam Ebu Sıbitanı rezin güllə ilə yaralayıb.
İsrail polisinin yaydığı yazılı açıqlamada isə polislərin Tur bölgəsində göstərdiyi bir "fəaliyyət" zamanı daşlarla hücuma məruz qaldığı bildirilib.
Açıqlamada kütləni dağıtmaq üçün polisin müdaxilə etdiyi və toqquşmadan sonra "qaçmağa çalışan" 18 yaşlı bir nəfəri saxladığı, sözügedən şəxsin ayağından vurulduğu və sonra xəstəxanaya aparıldığı qeyd edilib.