İsrail polisi çox sayda fələstinlini həbs etdi

İsrail polisi çox sayda fələstinlini həbs etdi

İsrail polisi işğal altındakı Şәrqi Qüdsün müxtәlif bölgәlәrindә onlarla fәlәstinlini həbs edib

İsrail polisinin yaydığı bәyanatda Qüdsdә saxlanılan 50-dәn çox fәlәstinlinin mühakimә olunacağı bildirilib.

Bәyanatda saxlanılan şәxslәrlә bağlı mәlumat verilmәyib.Fәlәstinin rәsmi WAFA xәbәr agentliyi isә saxlanılan şәxslәrin hamısının fәlәstinli olduğunu qeyd edib.

İsrail polisi Şәrqi Qüdsün köhnә şәhәr bölgәsindә yerlәşәn ‘‘Şam’’ qapısında toplanan fәlәstinlilәrә müdaxilә edib. Fәlәstin Qızıl Aypara Cәmiyyәti İsrail polisinin müdaxilәsi nәticәsindә 105 fәlәstinlinin yaralandığını açıqlamşdı.

Yaşanan hadisәlәrdәn sonra Qüdsün müxtәlif bölgәlәrindә fәlәstinlilәr ilә yәhudilәr arasında qarşıdurmalar olub.

Xəbəri paylaş

VİDEOLAR