İsrail pilotları əmrlərə tabe olmamaqla hədələyiblər

İsrail pilotları əmrlərə tabe olmamaqla hədələyiblər

İsrail rejiminin onlarla ehtiyatda olan və xidmət edən pilotu xidmətdən imtina etməklə hədələyib.

Az.rasthaber.com xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin onlarla pilotu israilli əsirlərin Qəzza zolağından geri qaytarılmaması halında işlərini tərk edəcəkləri ilə hədələyib.

Bu pilotlar müharibəni dayandırmaq bahasına olsa belə, sionist əsirlərin geri qaytarılmasını tələb edirdilər.

Sionist pilotlar elan ediblər ki, müharibənin davam etdirilməsi yalnız şəxsi və məhdud siyasi maraqlar üçündür və sionist rejimin təhlükəsizliyinə töhfə vermir.

Onların fikrincə, müharibənin davam etdirilməsi yalnız daha çox mülki vətəndaşın və əsgərin həyatı bahasına başa gələcək və ehtiyat qüvvələri tükəndirəcək.

Xəbəri paylaş

VİDEOLAR