İsrail ordusunun PUA-sı ələ keçirildi

İsrail ordusunun PUA-sı ələ keçirildi

Fələstin müqavimət dəstələri Qəzza zolağının şimalında İsrailə məxsus pilotsuz uçan aparatı (PUA) ələ keçiriblər.

Rasthaber Azərbaycan Fələstin mənbələrinə istinadla xəbər verir ki, adı açıqlanmayan şəxs pilotsuz təyyarənin Beyt-Hanun (Erez) sərhəd-buraxılış məntəqəsi yaxınlığında zərərsizləşdirildiyini deyib.

PUA-nın fotoçəkiliş apardığı bildirilir. Lakin PUA-nın texniki nasazlıq üzündən yerə endiyi və ya vurulması, həmçinin aparatı ələ keçirən qrupun adı barədə açıqlama verilmir.
Sözügedən hadisə haqqında İsrail tərəfi heç bir şərh verməyib.

Xəbəri paylaş

VİDEOLAR