İsrail ordusunun daha bir əsgəri intihar etdi

İsrail ordusunun daha bir əsgəri intihar etdi

Sionist rejimin xəbər mənbələri bu rejim ordusunun daha bir əsgərinin intihar xəbərini yayıb.

Az.rasthaber.com xəbər verir ki, sionist rejimin “Hədşut Bazaman” internet saytı qısa bir xəbərdə bu rejim ordusunun ehtiyatda olan hərbçisinin Fələstinin şimalında işğal altında olan Nəhariyyə şəhərinin sahillərində intihar etdiyini bildirib. 

Bu yaxınlarda sionist rejim radiosu bildirmişdi: “Bir İsrail əsgəri hərbi xidmət üçün Qəzzə zolağına qayıtmaq əmri verildikdən sonra intihar edib.” 

Martın ortalarında sionist rejim ordusu əsgərlərinin 1973-cü ildən bəri ən böyük psixi sağlamlıq problemi ilə üzləşdiyini və bu problemin 2023-cü il oktyabrın 7-də Əl-Əqsa Tufanı əməliyyatından sonra başladığını etiraf edib.

Xəbəri paylaş

VİDEOLAR