İsrail Ordusunun Baş Qərargah rəisi: İran raketləri İsraildəki hədəflərə çatmağa qadirdir

İsrail Ordusunun Baş Qərargah rəisi: İran raketləri İsraildəki hədəflərə çatmağa qadirdir

İsrail Ordusunun Baş Qərargah rəisi general leytenant Aviv Koxavi bu gün mətbuat konfransı keçirib

Rasthaber Azərbaycan "İslamazeri.com"a istinadən xəbər verir ki,  İsrail Ordusunun Baş Qərargah rəisi general leytenant Aviv Koxavi bu gün keçirdiyi mətbuat konfransında İran, HƏMAS və Hizbullahın təhdidlərindən danışıb.

İsrail mediasında gedən məlumata görə, İranın açıq aşkar düşmən olduğunu dəfələrlə xatırladan İsrail Ordusunun generalı Suriyada İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) hərbçilərinin, Qəzzada iranlı döyüşçülərin olduğunu bildirib.

“Biz SEPAH-ın güclənməsinin qarşısını almaq istiqamətində işimizə davam edirik. Bu iş Suriyadakı təhlükə və xüsusilə dəqiq hədəfə çatan raketlərin təhlükəsindən ibarətdir.”, -deyə Koxavi qeyd edib.

 İsrail Ordusunun Qərargah rəisi təhlükəli və dəqiq zərbəyə qadir raketlərdən danışarkən, bildirib ki, bu raketlər üçün İsrail düşmənləri böyük güclərdən asılı deyillər.

“Texnologiya mövcuddur, peyk naviqatoru və ya kömpüter sisteminin içinə sızmaqla düşmən çox rahatlıqla raketlərin dəqiq hədəfə tuş gəlməsini asanlaşdırır, bu bizi qarşıdurmaya və açıq toqquşma kimi təxribata çəkə bilər.”, - deyə  general leytenant Aviv Koxavi əlavə edib.

Koxavinin sözlərinə görə, İran balistik raket istehsalına davam edir, raketlərin hədəfi vurma məsafəsi İsraildəki bütün hədəfləri qədərdir.

“Bu yüzlərlə raketdir, dünya buna əhəmiyyət vermir”, -deyə Koxavi bildirib.

O həmçinin Suriyadakı İnqilab Keşikçiləri Korpusu və Livan Hizbullahının əlində son model zenit raketlərinin də olduğunu önə çəkib.

 İsrail Ordusunun Baş Qərargah rəisi general leytenant Aviv Koxavi İran ilə bir başa döyüşü istisna etməyib.

“Biz bu cür qarşıdurmalara hazırlaşırıq, ancaq buna tərəf səy göstərmirik. Bizim hədəfimiz İranın Suriyaya silah göndərməsinin qarşısını almaqdır. Təbii bunu tək etməsək daha yaxşı olardı. Bu gün, İran İsrailin açıq-aşkar düşmənidir.”, -deyə  İsrail Ordusunun Baş Qərargah rəisi qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR