İsrail Ordusunda koronavirus aşkarlandı

İsrail Ordusunda koronavirus aşkarlandı

İsrail Ordusunda bir nəfərin koronavirusa yolkuxduğu önə çəkilir

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, İsrail Ordusunda bir nəfərin koronavirusa yoluxduğu bildirilir.

İsrail Ordusunun mətbuat xidməti bu haqda məlumat yayıb, lakin yoluxan şəxsin rütbəsi və kimliyi haqqında məlumat verilmir.

Qeyd edilir ki, İtaliyadan qayıdarkən koronavirusa yoluxanlardan bu hərbçiyə virus yoluxub.

Bəzi saytlar hərbi hissənin içində mağaza-kafe işlədən bir hərbçi qadının koronavirusdan yoluxduğunu bildirir.

Lakin bu fakt təsdiqini taparsa, mağaza-kafeyə gələn hərbçilərin kütləvi surətdə koronavirusa yoluxması İsrail Ordusunda böyük problemə səbəb olacaq.

Qeyd edək ki, İsraildə 10 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib, lakin 5500 nəfərin karantinə cəlb edildiyi bilinir.

Xəbəri paylaş

VİDEOLAR