İsrail Ordusu saxtakarlığı etiraf etdi: 300 nəfəri dindar kimi hərbiyə çağırmışıq

İsrail Ordusu saxtakarlığı etiraf etdi: 300 nəfəri dindar kimi hərbiyə çağırmışıq

İsrail Ordusu dinlə əlaqəsi olmayan 300 nəfər gəncin hərbiyə dindar kimi çağrılmasını təsdiqləyib.

Rasthaber Azərbaycan xəbər verir ki, İsrail Ordusunun kadrlar idarəsinin rəisi general mayor Moti Almoz 9 dekabrda bununla bağlı açıqlma verib və faktı təsdiqləyib.

Knessetdə (İsrail parlamenti) xarici işlər və müdafiə komissiyasında açıqlama verən Almoz "Biz bunu gördük və problemlərin kökünü həll etməyə çalışdıq. Məsələni ayınlaşdırmaq lazımdır. Bu təkcə ultraortodoksların hərbiyə çağırışındakı problemdən deyil, orduya inamın məhv olmasından söhbət gedir. Ola bilər kimsə səhvə yol verib, amma həqiqətlər budur ki, çağırışçılarla bağlı kifayət qədər araşdırma və analiz aparmışıq.", -deyə bildirib.

İsrailli general ordu çağırış sisteminin səhvini qismən qəbul edərək çağırışçıların da dindar kimi orduya gəlməsində maraqlı olduğunu önə çəkib.

Almoz bundan sonra ultraortodoksların hərbiyə çağırışa gəldikləri zaman ciddi yoxlama ilə təsdiqdən sonra bu adla hərbi xidmət keçəcəklərini də qeyd edib.

İsrail Ordusunda dindar yəhudilər üçün xüsusi imtiyazlar var. Onlar istirahət günlərindən başqa şənbə günləri ancaq ibadətlə məşğul olurlar. Yeməkləri xüsusi olur və bir çox ordunun vacibi tələblərindən azaddırlar.

Xəbəri paylaş

VİDEOLAR