İsrail ordusu Ramallahda Tibbi Mərkəzə hücum etdi

İsrail ordusu Ramallahda Tibbi Mərkəzə hücum etdi

İsrail işğal altındakı İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərində fələstinlilərə səhiyyə xidmətləri göstərən quruma basqın edib

 Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, İsrail işğal altındakı İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərində fələstinlilərə səhiyyə xidmətləri göstərən qeyri-hökumət təşkilatlarından biri olan Səhiyyə İş Komitələrinin Baş Qərargahına basqın edib və “təhlükəsizlik” səbəbi ilə qurumun fəaliyyətini 6 ay müddətinə dayandırıb.

  Səhiyyə İş Komitələri Baş Qərargahından yayılan açıqlamada bu barədə məlumat verilib. Qeyd edilib ki, İsrail ordusu qüvvələri Ramallahın Sath Mərhaba bölgəsindəki qərargaha basqın ediblər. Qapıları söküb bəzi alət və avadanlıqları dağıdıblar. Kompüterlərin müsadirə edildiyi qurumun qapısını isə möhürləyiblər. Açıqlamada fələstinlilərə sağlamlıq xidməti göstərən səhiyyə qurumlarının hədəfə götürüldüyünə diqqət çəkilib və sözügedən hadisənin qınandığı vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR