İsrail Ordusu Livanla sərhəd bölgələrdə öncədən elan edilməmiş hərbi təlimlərə başlayıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İsrail Ordusu bu barədə tvitter səhifəsi vasitəsilə bəyanat verib.
Bildirilib ki, Livanla sərhəd bölgələrində xüsusilə də "İsba əl-Calil" bölgəsində qəfil hərbi təlim başlayıb.
Hərbi təlimlər yalnız yanvarın 11-i günü keçirilir.
Məlumatda bildirilib ki, bu hərbi təlimlər 2023-cü il üçün planlanmış hərbi təlimlərin bir hissəsidir. Lakin bu barədə öncədən məlumat verilməyib.
Qeyd edək ki, bu hərbi təlim İsrailin işğal etdiyi Livan bölgəsi “Məzare-Şəba” yaxınlığında keçirilir.