İsrail ordusu fələstinlilərə hücum etdi, yaralılar var

İsrail ordusu fələstinlilərə hücum etdi, yaralılar var

İsrail polisi Qüdsdəki Şeyx Cerrah məhəlləsində 10 fələstinlini yaralayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, işğal qüvvələri ilə mübahisə zamanı 10 Fələstin vətəndaşı xəsarət alıb.

Məlumata görə, onlardan 3-ü xəstəxanaya yerləşdirilib.

Şahidlər İsrail qüvvələrinin Şeyx Cərrah məhəlləsindəki fələstinlilərin evlərinə çirkli su atdığını və qanunsuz məskunlaşanların da məhəllə xalqına hücum etdiyini bildiriblər.

İsrail polisinin Şeyx Cərrah sakinləri ilə həmrəylik içindəki bəzi fələstinliləri saxladığını bildirən şahidlər tutulanların sayı barədə məlumat verməyib.

Xəbəri paylaş

VİDEOLAR