İsrail Ordusu Fələstinin “Aslanlar Yuvası” qrupunun liderinə qarşı sui-qəsd həyata keçirib

İsrail Ordusu Fələstinin “Aslanlar Yuvası” qrupunun liderinə qarşı sui-qəsd həyata keçirib

İsrail qüvvələri işğal altında olan İordan çayının qərb sahilində yerləşən Nablus şəhərində “Aslanlar Yuvası” (Arinul-Usud) qrupunun liderinə qarşı sui-qəsd həyata keçirib.

Az.rasthaber.com xəbər verir ki, “Arinul-Usud” qrupunun lideri Tamir əl-Kilani ötən gün Nablus şəhərində sui-qəsdə məruz qalıb.

Məlumata görə İsrail qüvvələri bir minalanmış motosikleti yolun kənarında yerləşdiriblər. “Arinul-Usud” qrupunun lideri ərazidən keçən zaman motosiklet partladılıb və o xəstəxanaya çatdırılan zaman həlak olub.

Məlumata görə, Tamir əl-Kilani ötən gün axşam Nablusda dəfn edilib.

Nablusda fəal olan “Arinul-Usud” intiqam vəd edib.

Xəbəri paylaş

VİDEOLAR