İsrail ordusu daha 33 fələstinlini həbs edib

İsrail ordusu daha 33 fələstinlini həbs edib

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif nöqtələrində 33 fələstinlini nəzarətə götürüb.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Fələstinli Məhbuslar Klubundan məlumat yayılıb.

“İsrail qüvvələri bu gün səhər İordan çayının qərb sahilinin bir çox bölgəsində fələstinlilərə qarşı basqınlarını davam etdirib. 23-ü Beytləhmin Taku qəsəbəsindən olmaqla 33 fələstinlini nəzarətə götürüb”.

İsrail əməliyyat ilə bağlı açıqlama verməyib.

Xəbəri paylaş

VİDEOLAR