İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi əməliyyatlarda 22 fələstinlini saxlayıb.
Az.rasthaber.com xəbər verir ki, Fələstin hökumətinə bağlı "Fələstinin səsi" radiosunun məlumatına görə, İsrail qüvvələri səhər saatlarında İordan çayının qərb sahilində, xüsusən də Silvad şəhəri Ramallahda bəzi bölgələrə basqın edib.
İsrail qüvvələri 13-ü Silvad qəsəbəsindən olan 22 fələstinlini saxlayaraq, Fələstin Əsirləri Dərnəyinin sədri Kadure Farisin qəsəbədəki evinə basqın edib.
Fələstin Əsirləri Dərnəyinin rəhbəri Faris Silvad şəhərindəki basqınlar zamanı Silvad İdman Klubunun da hədəf alındığını və klubun əşyalarına ziyan dəydiyini bildirib.
Silvad İdman Klubundan verilən açıqlamada son 4 ayda kluba ikinci dəfə basqın edən İsrail qüvvələrinin binanın qapılarını sındıraraq, əşyaların çoxunu yararsız hala saldığı bildirilib.
İsrail ordusundan verilən yazılı açıqlamada isə saxlanılan fələstinlilərin "axtarılanlar siyahısında" olduğu, bəzi silah və sursatların da müsadirə edildiyi bildirilib.
Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri həbs edir.