İsrail nüvə başlıqlarının sayını 90-a çatdırıb – Beynəlxalq Mərkəz

İsrail nüvə başlıqlarının sayını 90-a çatdırıb – Beynəlxalq Mərkəz

“İsrail ötən il 80 nüvə başlığına malik olduğu halda bu il həmin sayı 90-a çatdırıb.”

SalamNews RT-ə istinadla xəbər verir ki, bunu Stokholm Beynəlxalq Sülh Araşdırmaları Mərkəzi (SİPRİ) verdiyi hesabatda deyib.

Mərkəz ötən gün yayımladığı bəyanatda, dünyadakı nüvə başlıqlarının son sayını, ölkələrin payına düşən miqdarı açıqlayıb.

Bildirilib ki, İsrail ötən illə müqayisədə nüvə başlıqlarının sayını artırıb.

Əlavə edilib ki, “İsrail ötən il 80 nüvə başlığına malik olduğu halda bu il həmin sayı 90-a çatdırıb.”

Qeyd edək ki, İsrail Kütləvi qırğın silahları qadağan edən təşkilata üzv olmaqdan imtina edir.

Xəbəri paylaş

VİDEOLAR