İsrail nümayəndə heyəti atəşkəs sazişinin ikinci mərhələsi üçün Qətərdədir

İsrail nümayəndə heyəti atəşkəs sazişinin ikinci mərhələsi üçün Qətərdədir

Sionist İsrail nümayəndə heyəti Qəzza zolağında davam edən atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı danışıqlar aparmaq üçün Qətərə gəlib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail nümayəndə heyəti yanvarın 19-da Qəzza zolağında başlayan üç mərhələli atəşkəs razılaşmasının ikinci mərhələsi üçün Qətərin paytaxtı Dohaya gəlib. İsrailin baş naziri Benyamin Netanyahunun sözçüsü Ömər Dostri bu danışıqların atəşkəsin ikinci mərhələsinə yönəldiyini açıqlayıb.

Atəşkəsin birinci mərhələsində hücumların dayandırılması, 33 girovun azad edilməsi, işğalçı İsrail qüvvələrinin Qəzzanın sıx məskunlaşdığı ərazilərdən çıxarılması və humanitar yardımların artırılması nəzərdə tutulub. İkinci mərhələdə bütün girovların azad edilməsi və İsrail qüvvələrinin Qəzzadan çıxarılması nəzərdə tutulur. Üçüncü mərhələyə ölən girovların cəsədlərinin qaytarılması və Qəzzanın yenidən qurulması daxildir.

Atəşkəs başlayandan bəri 5 əsir mübadiləsi həyata keçirilib, sionist İsrail 766 fələstinli məhbusu, HƏMAS isə 21 məhbusu azad edib.

Xəbəri paylaş

VİDEOLAR