İvrit dilli mediası mənbələri sionist rejimin son iki ay ərzində sionist rejimin İrana qarşı təhlükəsizlik fəaliyyətləri ilə bağlı həssas və məxfi məlumatların sızması ilə bağlı 10 hadisədən xəbər verib, bunu, kəşfiyyat uğursuzluğu kimi qiymətləndiriblər.
Az.rasthaber.com xəbər verir ki, "Şahab Nyus"un məlumatına görə, Sionist rejimin KAN kanalı bildirib ki, İsrail rejimi hakimiyyəti son iki ay ərzində təhlükəsizlik müzakirələri və İrana qarşı açıq kampaniya ilə bağlı həssas və məxfi məlumatların sızması ilə bağlı 10 hadisəni müşahidə edib.
Məlumata əsasən, bu hadisədən sonra bu rejimin müharibə naziri Benni Qantz bu hadisənin səbəblərinin araşdırılmasını tələb edib.
Sionist KAN kanalının bildirdiyinə görə, bu yaxınlarda Misirdə sionist rejim ordusunun baş qərargah rəisi Aviv Koxavi ilə Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fəyyaz Ər-Ruveyli arasında keçirilən gizli müzakirələrin mövzusu ifşa olunan məlumatlardan biridir.