İsrail mediası: İran günü-gündən güclənir

İsrail mediası: İran günü-gündən güclənir

Sionist mediası İran-Suriya koalisiyasının güclənməsini etiraf edərək, Tehranın öz strateji imkanlarını davamlı hala gətirməyə nail olduğunu, İsrailin isə məqsədlərinə çata bilmədiyini vurğulayıb.

Az.rasthaber.com "Tasnim"ə istinadən xəbər verir ki, sionist mətbuatı Suriya prezidenti Bəşər Əsədin İrana səfəri ilə bağlı İran-Suriya koalisiyasının gücləndiyi xəbərini işıqlandırıb.

Time of Israel internet saytı isə nəşr etdiyi xəbərdə, İranın imkanlarının gündən-günə inkişaf etdiyini qeyd edərək, İran və Hizbullahın yeni yaradıcı strategiyaları ilə İsraili təəccübləndirdiyini vurğulayıb.

Xəbərdə İsrailin mərhələli hücumlarından sonra Bəşər Əsədin İran və Müqavimət Oxuna bağlılığının artdığı bildirilib.

Suriyanın raketdən müdafiə sistemlərinin fəaliyyətinin artmasının İsrail üçün ciddi təhlükə olduğu da qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR