Sionist İsrail mediası HƏMAS və İsrail arasında əsir mübadiləsi böhranının həll olunmaq üzrə olduğunu bildirib. Bildirilib ki, soyqırım İsraili atəşkəs şərtlərini yerinə yetirməməkdə ittiham edən Həmas əsir mübadiləsini dayandırmaqdan vaz keçib. HƏMAS-ın üç əsiri şənbə, fevralın 15-də azad edəcəyi gözlənilir.
Az.rasthaber.com xəbər verir ki, İsrailin 15 aylıq soyqırımından sonra Qəzzada atəşkəs yanvarın 19-da qüvvəyə minib. Tərəflər atəşkəs razılaşmasına əsasən 5 dəfə məhbus mübadiləsi həyata keçirsə də, HƏMAS İsrailin pozuntularını əsas gətirərək məhbus mübadiləsini dayandırdığını açıqlayıb. İsrail mediası böhranın həll olunmaq üzrə olduğunu yazıb.
Yedioth Ahronoth qəzetinin məlumatına görə, HƏMAS-ın fevralın 15-i şənbə günü üç israilli məhbusu azad edəcəyi gözlənilir.
"Report" İsrail rəsmisinə istinadən xəbər verir ki, İsrail və Həmas razılaşmanın birinci mərhələsinin sona qədər uğurlu olmasını istəyir. Digər tərəfdən, HƏMAS-ın da razılaşmanı davam etdirməyə hazır olduğu qeyd edilib.