İsrail "Madeleen" gəmisini mühasirəyə alıb: 2-si türk olmaqla 12 fəal saxlanılıb

İsrail

Fəallar bildirirlər ki, İsrail əsgərləri İsrailin dəniz blokadasına məhəl qoymayaraq Qəzza zolağına humanitar yardım aparmağa çalışan yaxtaya miniblər.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail ordusu Qəzzaya humanitar yardım çatdırmaq məqsədi daşıyan Azadlıq Donanmasının “Madlin” gəmisinə qarşı açıq dənizdə müdaxilə edib.
Gəmidə olan 12 hüquq müdafiəçisi saxlanılaraq İsrailə aparılıb. Müdaxilə anları da kameraya düşüb.

Azadlıq Donanması Koalisiyasının Telegram hesabından verilən açıqlamada, Qəzzaya humanitar yardım aparan Madleen gəmisi ilə əlaqənin kəsildiyi, İsrail ordusunun gəmiyə minərək fəalları saxladığı bildirilib.

"Madlinlə əlaqə kəsilib. Könüllülər İsrail ordusu tərəfindən oğurlanıb" ifadələrinin yer aldığı bəyanatda, fəalların vətəndaşı olduqları ölkələrin xarici işlər nazirliklərinə təhlükəsizlikləri üçün təcili diplomatik təzyiq göstərilməsinə çağırılıb.

BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Francesca Albanese də sosial media hesabından mövzu ilə bağlı açıqlama verib.

Madleen gəmisinin kapitanı ilə əlaqə saxladığını ifadə edən Albanese deyib:

"Kapitanla danışarkən əsgərlərin səslərini eşitdim. 'Başqa qayıq yaxınlaşır' deyən kimi əlaqə kəsildi. Xəsarət alan olmadığını bildirdilər."

Gəmidə olan insan haqları müdafiəçisi Yasemin Acarın paylaşdığı qısa videoda bir İsrail əsgərinin qeydə alınan fəallara “telefonlarınızı söndürün” dediyi eşidilir. Videoda Acarın əllərini havaya qaldırdığı görünür. Fəalların müdaxilə zamanı fiziki zorakılığa məruz qalmadıqları, zorla gəmidən çıxarıldığı bildirilir.

Madleen gəmisində 12 beynəlxalq fəal olub. Avropa Parlamentinin fransalı üzvü Rima Hassan, isveçli iqlim fəalı Qreta Tunberq, jurnalist Ömər Faiad, Türkiyədən Hüseyn Şuayb Ordu, eləcə də Almaniya, Fransa, Hollandiya, İspaniya və Braziliyadan vətəndaş cəmiyyəti nümayəndələri.

Soyqırım törədən İsrailin Xarici İşlər Nazirliyi “Madleen” gəmisinin Qəzza sahillərinin təxminən 185 kilometrliyində saxlanılaraq İsrailə yönəldildiyini açıqlayıb.

Bəyanatda gəmidəki fəalların sağlamlıqlarının yaxşı olduğu və onların ölkələrinə geri göndərilməsi üçün prosedurların başlandığı bildirilib. Nazirlik həmçinin fəalların və xəsarət alanların olmadığını göstərən video paylaşıb.

İsrailin açıq sularda yardım donanmasına müdaxiləsi beynəlxalq ictimaiyyətdə narahatlıq doğursa da, diplomatik təşəbbüslərin sürət qazanacağı gözlənilir. Azadlıq Donanması Koalisiyası Qəzzada blokadanın aradan qaldırılması və mülki şəxslərə humanitar yardımın çatdırılması üçün yeni ekspedisiyaların planlaşdırıldığını açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR