Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun ölkəyə qarşı həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
Az.rasthaber.com xəbər verir ki, işğalçı İsrail ordusunun ötən gün Livanın bir çox bölgəsinə 68 hava hücumu təşkil etdiyi və bu hücumlarda 45 nəfərin şəhid olduğu, 110 nəfərin yaralandığı qeyd edilib.
Bəyanatda 2023-cü il oktyabrın 8-dən etibarən sionist İsrailin Livana qarşı həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 2 min 865-ə, yaralıların sayının isə 13 min 47-yə yüksəldiyi qeyd edilib.
2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də intensiv hava hücumu həyata keçirib.
Sionist İsrailin bombardmanları nəticəsində Livanda yüz minlərlə insanın didərgin düşdüyü təxmin edilir.
Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, Livan hökuməti köçkünlərin 486 mindən çoxunun Suriyaya köç etdiyini açıqlayıb.