İsrail: Livan Hizbullahı sərhədə silah-sursat və əlavə güc gətirib

İsrail: Livan Hizbullahı sərhədə silah-sursat və əlavə güc gətirib

Belə bir halda, indiyədək Qantzın iddiasını sübut edəcək heç bir fakt təqdim edilməyib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İsrail müdafiə naziri Benni Qantz Təl-Əviv başçılarının Livana qarşı puç təhdidlərinin davamında deyib: Əgər şimal sərhədlərində döyüş baş verərsə, çox sayda mülki şəxs zərər çəkəcək və Livan hökuməti onda məsuliyyət daşıyacaqdır.

Qantz həmçinin iddia edib ki, Hizbullah yaşayış məntəqələrində silah- sursat ehtiyat edib və Hizbullahın bu addımının məsuliyyəti də Livan hökumətinin üzərinə düşür.

Belə bir halda, indiyədək Qantzın iddiasını sübut edəcək heç bir fakt təqdim edilməyib.

Bundan öncə də Avio Koxavi təhdidlə bildirmişdi ki, gələcəkdə ehtimal olunan hər hansı savaş təqdirində, Qəzzədə və Livandakı yaşayış massivləri hədəfə alınacaqlar.

Xəbəri paylaş

VİDEOLAR