Bu barədə İsrail rejimi ehtiyat qüvvələrinin baş komandiri İshak Brik bildirib.
Az.rasthaber.com “ParsToday”-a istinadən xəbər verir ki, İsrail həlakətin kənarındadır.
O deyib ki, İsrail ordusu eyni anda bir neçə cəbhədə döyüşməyə hazır deyil və mümkün müharibələr İsraili onillərlə geri atacaq.
İsrailin məhv olma təhlükəsi ilə üz-üzə qaldığını deyən Brik bəyan edib ki, “bu, gələcəkdən olan biabırçı xəbər deyil, təkzibedilməz faktdır”.
“Əvvəlki müharibələrdə yaşadığımız çətin vəziyyət bir neçə cəbhədə olacaq müharibə və hər gün İsrailə minlərlə raket və dronların atılacağı müharibə ilə müqayisədə heç nədir”, - deyə o bildirib.
Brikin sözlərinə görə, İsrailə qarşı növbəti müharibədə faciə baş verəcək və onu infrastrukturu dağıdılacaq.
“İsrail ordusunun xarabalıqlarında qalibiyyətli ordu qurmaq qeyri-mümkündür, bu məsələnin həlli isə ən yüksək təhlükəsizlik eşelonlarında siyasi anlayış tələb edir”, - deyə o əlavə edib.
Xatırladaq ki, bir müddət öncə İsrail ordusunun general-mayoru Uri Qordin də verdyi müsahibədə bildirmişdi ki, Livan “Hizbullah”-ı ilə münaqişə baş verərsə, İsrailə hər gün minlərlə raket atıla bilər.