İsrail işğal etdiyi yüksəkliklərdən Suriyaya aviazərbələr endirib

İsrail işğal etdiyi yüksəkliklərdən Suriyaya aviazərbələr endirib

İsrailin Suriyaya hava zərbələri nəticəsində beş hərbçi həyatını itirib.

Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.

Bildirilib ki, İsrailin hərbi təyyarələri Təbərya gölü (işğal altında olan Colan Yüksəklikləri) istiqamətindən Dəməşqin hava limanı ətrafını və paytaxtın cənubunda bəzi mövqeləri hava zərbələri ilə hədəfə alıb.

Havadan müdafiə sistemləri hərəkətə keçərək, raketlərin çoxunu vurub.

Hədəfə çatan “raketlər dağıntılara, maddi ziyanlara, habelə beş hərbçinin şəhid olması ilə nəticələnib”, deyə məlumatda bildirilir.

Xəbəri paylaş

VİDEOLAR