İsrail işğal altında olan İordan çayının qərbində 16 fələstinlini həbs edib

İsrail işğal altında olan İordan çayının qərbində 16 fələstinlini həbs edib

İsrail qüvvələri son sutka ərazində işğal altında olan İordan çayının qərbində azı 16 fələstini həbs ediblər.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İsrail qüvvələri öncəki günlərdə olduğu kimi son sutkada da müxtəlif bölgələrdə həyata keçirdiyi basqında azı 16 fələstinlini həbs edib.

Məlumata görə, bu şəxslər Nablusun Surra, əl-Xəlil rayonunun Beyt-Ummar, Ramallahın Beyt-Rima, Ceninin Yabad və işğal altındakı Qüdsün Anata məntəqələrindəki basqınlarda saxlanılan fələstinlilərdir.

İsrail qüvvələri ötən gün isə 17 fələstinlini saxlayıblar.

Qeyd edək ki, İordan çayının qərb sahili bölgələri 1967-ci ildən İsrailin işğalındadır.

Xəbəri paylaş

VİDEOLAR