İsrail: İran-Rusiya əlaqələrindən narahatıq

İsrail: İran-Rusiya əlaqələrindən narahatıq

İsrail İran və Rusiya arasında hərbi əlaqələrdən narahatdır.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Yair Lapid Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı zamanı qeyd edib.

Baş nazirin sözlərinə görə, Ukrayna XİN başçısı müharibə ilə bağlı son vəziyyət barədə Lapidi məlumatlandırıb.

"Mən İran və Rusiya arasında hərbi əlaqələrdən dərin narahtlıq keçirdiyimizi Kuleba ilə bölüşdüm. İsrail Ukrayna xalqının yanındadır", Lapid deyib.

Xəbəri paylaş

VİDEOLAR