İsrail İordan çayının qərb sahilində yeni ayırıcı divar inşa edir

İsrail İordan çayının qərb sahilində yeni ayırıcı divar inşa edir

İsrail qüvvələri Fələstin vətəndaşlarına məxsus minlərlə hektar təsərrüfat sahəsini ətraf kəndlərdən ayırmaq üçün İordan çayının qərb sahilindəki təhlükəsizlik divarı boyunca sement bloklar döşəməyə başlayıblar.

Az.rasthaber.com SalamNews-a istinadən Fələstin Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu hissə Salem kəndindən Tulkərm şəhərinə qədər uzanan, hündürlüyü 9 metrə qədər yüksələn və uzunluğu 45 km olacaq beton divardır.

Yerli mənbələr Sputnik-ə bildiriblər ki, təkcə Qafin qəsəbəsi ərazisində minlərlə hektar ərazi beton divarın fələstinlilər üçün əlçatmaz hissəsində qalacaq. Digər kəndlərin də onlarla min hektar ərazisi beton divarın İsrail tərəfində saxlanılacaq.

Yerli fələstinli mənbələr bildiriblər ki, bundan öncə əraziyə həftədə üç dəfə girə bilirdilərsə beton divarlardan sonra bu mümkün olmayacaq.

Qeyd edək ki, İsrailin sabiq müdafiə naziri Beni Qants ötən noyabrda işğal edilən İordan çayının qərbində uzunluğu 100 km olan oxşar divarın tikilməsi barədə göstəriş vermişdi.

Xəbəri paylaş

VİDEOLAR