Sionist İsrailin hərbi kəşfiyyat idarəsinin rəhbəri Aharon Haliva istefa verib.
Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə sionist ordusunun mətbuat xidməti məlumat yayıb.
“Hərbi kəşfiyyat idarəsinin rəisi general-mayor Aharon Haliva Baş qərargah rəisi ilə razılaşaraq, 2023-cü ilin 7 oktyabr hadisələrinə görə məsuliyyət daşıdığına üçün istefa verib”, - məlumatda qeyd edilib.
Bildirilib ki, sionist rejimin müdafiə naziri Yoav Qalant onun istefasını qəbul edib. A.Haliva onu əvəzləyəcək şəxs təyin edildikdən sonra fəaliyyətini dayandıracaq.