Dünən qadına atəş açılmışdı, həkimlər bu gün onun həyatını xilas edə bilməyiblər
Rasthaber Azərbaycan xəbər verir ki, dünən İsrail hərbiçiləri tərəfindən Beytlahimin qərbindəki Nahalin qəsəbəsində güllə ilə vurulan 60 yaşındakı Rihab Məhəmməd Musa Xələf Zalul dünyasını dəyişib.
Yaralı qadının həyatını həkimlər xilas edə bilməyiblər.
İsrail tərəfi 60 yaşlı qadının hərbiçilərə bıçaqlı hücum cəhdi etdiyini iddia etmişdilər.
Qeyd edək ki, İsrail hərbiçiləri "bıçaqlı hücum" cəhdi bəhanəsilə qadınlara atəş açma faktı ilk deyil.