İsrail Hələb hava limanına hücum edib

İsrail Hələb hava limanına hücum edib

İsrailin Suriyanın Hələb şəhərinin ətrafına hava hücumu təşkil etdiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Əl-Məyadin telekanalının məlumatına görə, İsrail rejiminə məxsus döyüş təyyarələri növbəti dəfə Suriya ərazisini hədəfə alıb.

Hücum zamanı Müdafiə Nazirliyinin Hələb hava limanında və Əl Safiradakı fabrikləri vurulub.

Hələb şəhərinin çöl məhəllələri hava zərbələrinin hədəfi olduğu halda, Suriyanın hava hücumundan müdafiəsi bəzi raketləri zərərsizləşdirməyə nail olub.

Hücum nəticəsində Hələb hava limanının xidmətdən çıxdığı iddia edilib.

Digər tərəfdən Suriyanın rəsmi xəbər agentliyi SANA hərbi mənbəyə əsaslanaraq, İsrail tərəfindən yerli vaxtla saat 23.35-də Hələb şəhər mərkəzinin şərqindəki hava limanına hava hücumu təşkil edildiyini bildirib.

Sionist İsrailin Suriyaya qarşı hava hücumları Dəməşq hökumətinin BMT-də çoxsaylı şikayətlərinə baxmayaraq, davam edir. BMT Təhlükəsizlik Şurası və BMT-dəki digər məsul qurumlar hələ də Suriyadakı işğalçı rejimin təcavüzünün dayandırılması üçün heç bir addım atmayıb.

Xəbəri paylaş

VİDEOLAR