İsrail həbsxanalarından qaçan 2 fələstinli əsir yaxalandılar

İsrail həbsxanalarından qaçan 2 fələstinli əsir yaxalandılar

Digər 4 əsir isə hələ də axtarışdadır.

Rasthaber Azərbaycan xəbər verir ki, bazar ertəsi günü İsrail həbsxanasından qaçan 6 fələstinlidən ikisi dünən gecə həbs olunublar.

Sionist rejimə bağlı təhlükəsizlik qüvvələri, Nasıranın cənubundakı bir avtomobil parkında Yaqub Kadri və Məhəmməd Arida adlı iki Fələstinlini ələ keçiriblər. Digər 4 əsir isə hələ də axtarışdadır.

Fələstin İslami Cihad hərəkatı liderlərindən Xalid əl Bataş, İsrail rejimi altı fələstinli məhkuma ediləcək hər hansı bir hücum və ya zərərin Fələstin müqavimətinin sərt reaksiyası ilə qarşılanacağı barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, bir neçə gün öncə İslami Cihad hərəkatının 5 üzvü məhbus və bir digər məhbus, İsrailin ən güclü qorunan həbsxanalarından biri olan işğal altındakı Fələstinin cənubunda yerləşən Gilboa zindanından bazar ertəsi gün gecə 01:00-da qaçmışdılar.

İsrail rejimində ciddi narahatlıq yaradan bu hadisədən sonra, fələstinlilər şirniyyat paylayaraq bunu bayram kimi qeyd etmişdilər. 

Tənqidçilər isə İsrail rejimin təhlükəsizlik güclərini bu qaçışdan sonra tənqid atəşinə tutmuşdular.

Xatırladaq ki, İsrail tərəfi 4 əsirin tutulduğu ilə bağlı məlumat yayıb, bunun təbliğat olması istisna edilmir.

Xəbəri paylaş

VİDEOLAR