İsrail rejimi fələstinlilərin yaşadığı əl-Ərakib qəsəbəsini 194-cü dəfə dağıdıb.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, İsrail buldozerləri yaşayış məntəqəsinə soxularaq fələstinlilərin yaşadığı evləri və çadırları dağıdaraq onları təxliyyə olmağa vadar ediblər.
Əl-Ərakib sakinləri öz torpaqlarının qorunub saxlanılması uğrundakı mübarizəni davam etdirmək niyyətində olduqlarını təsdiq ediblər. Onlar İsrail rejiminin planlarını qəbul etməyərək öz evlər və çadırlarını bərpa edirlər.