İsrail rejimi qüvvələri bədəvi ərəblərin yaşadığı əl-Əraqib kəndini 196-cı dəfə dağıdıb.
Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, başlarına gətirilən fəlakət və müsibətlərə baxmayaraq, adıçəkilən yaşayış məntəqəsinin sakinləri qəhrəmancasına işğalçı rejimlə mübarizə aparmağa davam edir və hər dəfə çadır və evlərini yenidən tikirlər.
Mübarizə illəri ərzində əl-Əraqib fələstinlilərin öz doğma torpaqlarına olan sədaqətlərinin simvoluna çevrilib.
Qəsəbədə cəmi 40 ev var və oranın əhalisi də təxminən 300 nəfərdir.