İsrail rejimi qüvvələri İordan çayının Qərb sahilinin cənubunda fələstinlilərə aid 5 ev və bir sıra obyektləri dağıdıb.
Az.rasthaber.com AA-ya istinadən xəbər verir ki, bu barədə yerli fəal Bəsil əl-Ədva məlumat verib.
Onun sözlərinə görə, insindent əl-Xəlil şəhərindən cənubda yerləşən Fəhit kəndində baş verib.
“İsrail qüvvələri kənddə 18 fələstinlinin yaşadığı 5 evi, su quyusunu və yem və heyvanların saxlanıldığı 5 obyekti uçurdub”, - deyə o qeyd edib.
Əl-Ədva deyib ki, bu, təxminən 150 insanın yaşadığı və əsas gəlir mənbəyi kənd təsərrüfatı və heyvandarlıq olan kəndin sakinlərinə ziyan vurub.