İsrail fələstinlilərin evlərinə basqın etdi: Biri uşaq olmaqla 14 nəfər saxlanıldı

İsrail fələstinlilərin evlərinə basqın etdi: Biri uşaq olmaqla 14 nəfər saxlanıldı

Sionist güclər Şәrqi Qüds vә İordan çayının qәrb sahilinin bәzi bölgәlәrinә basqın tәşkil edib.

Rasthaber Azərbaycan xəbər verir ki, işğalçı İsrail qüvvәlәri işğal altındakı İordan çayının qәrb sahilinin müxtәlif bölgәlәrindә biri uşaq olmaqla 14 fәlәstinlini saxlayıb.

Yerli mәnbәlәrin yaydığı mәlumata әsasәn, İsrail qüvvәlәri dünən gecә radәlәrindә Şәrqi Qüds vә İordan çayının qәrb sahilinin bәzi bölgәlәrinә basqın tәşkil edib.

İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk 14 fәlәstinlini saxladığı qeyd olunub.

Şәrqi Qüdsdә saxlanılanlar arasında 14 yaşlı bir uşağın da olduğu bildirilir.

Xəbəri paylaş

VİDEOLAR