İsrail rejimi KİV-dən bildirilib ki, həbsxanalarının təhlükəsizliyini artırmaq üçün 2,5 milyon dollarlıq layihəyə start veriləcək.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, İsrail rejimi ordusunun mühəndislik və quruculuq sektoru keçən ay altı fələstinli məhbusun qaçmasından sonra həbsxanaların təhlükəsizliyini artırmaq qərarına gəlib və bunun üçün səkkiz milyon "şekel" dəyərində layihə planlaşdırıb.
Layihə məhbusların gələcəkdə qaçmasının qarşısını almaq üçün həbsxana barmaqlıqlarının gücləndirilməsini və onun dəstək vəziyyətinin yaxşılaşdırılmasını əhatə edir.
Qeyd edilib ki, yaxın günlərdə sionist həbsxanalarının mühəndislik xəritələri hazırlanacaq və bundan sonra mühəndislik şöbəsi fəaliyyətə başlayacaq.
Bu layihədə, fələstinli məhbusların qaçmasının qarşısını almaq üçün həbsxanaların təhlükəsizliyinin artırılması və arzu olunan standartlara çatması üçün müxtəlif ekspertlər iştirak edəcək.
Sentyabrın 6-da 6 fələstinli məhbus işğal altındakı İordan çayının qərb sahilindən 4 km aralıda yerləşən və güclü şəkildə qorunan "Gilbao" həbsxanasından qaçmağa müvəffəq olublar, lakin bir neçə gün sonra yenidən həbs ediliblər.
Bundan sonra fələstinlilər İordan çayının qərb sahilində və işğal olunmuş Şərqi Qüdsü küçələrə çıxaraq, fələstinli məhbuslarla həmrəylik nümayiş etdirib, onların həbsinə etiraz edib.
Fələstinli əsirlər və azadələrin işləri üzrə təşkilatın statistikalaraına görə, İsrail rejimi həbsxanalarında 225-i uşaq və 41-i qadın olmaqla 4 min 850 fələstinli saxlanılır ki, onlardan 540-ı inzibati həbsdədir.