İsrail fələstinli həkimin cəsədini aylar sonra ailəsinə təhvil verdi

İsrail fələstinli həkimin cəsədini aylar sonra ailəsinə təhvil verdi

İsrail rejimi 3 ay öncə qətlə yetirdiyi fələstinli Xazım əl-Culaninin cəsədini ailəsini təhvil verib.

Az.rasthaber.com AA-ya istinadən xəbər verir ki, işğalçı rejim dəfn mərasimində 38-dən artıq insanın iştirakına da icazə verməyib.

Qətlə yetirilmiş həkimin cəsədi Qüds şəhərinin Şeyx Cərrah rayonunda təhvil verilib.

Xatırladaq ki, əl-Culani 10 sentyabrda əl-Əqsa məscidinin yaxınlığında İsrail qüvvələri tərəfindən güllələnərək qətlə yetirilib.

Qeyd edək ki, İsrail rejimi dinc fələstinliləri qətlə yetirməklə kifayətlənməyərək onların cəsədlərini aylarla saxladıqdan sonra ailələrinə təhvil verir.

Xəbəri paylaş

VİDEOLAR